SOCAR-dan maraqlı açıqlama

Keçən il ərzində SOCAR-ın müəssisə və təşkilatları enerji təchizatı müəssisələrindən cəmi 852634 min kilovat-saat elektrik enerjisi alıb. SİA xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

“O cümlədən “Azərişıq” ASC-dən 699250 min kilovat-saat, ”Azərenerji” ASC-dən 151891 min kilovat-saat və digər idarələrdən isə 1493 min kilovat-saat elektrik enerjisi alınıb. Ötən il SOCAR-ın müəssisə və təşkilatlarında cəmi 227869 min kilovat-saat elektrik enerjisi istehsal olunub”, - deyə hesabatda qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə