Daha bir şirkət “Caspian Energy Forum Baku-2018”in partnyoru olub
“Brücke GmbH” sentyabrın 20-də Azərbaycan hökumətinin və “Caspian European Club”un dəstəyi ilə keçiriləcək VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018”in rəsmi Avropa partnyoru olub. Bu barədə SİA-ya “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, “Brücke GmbH” eksklüziv şəkildə Avropa şirkətlərinin və investorların “Caspian Energy Forum Baku-2018”də iştirakının təşkili ilə məşğul olur.
“Brücke GmbH”in regional direktoru Darya Buryaçenko qeyd edib ki, şirkət “Caspian Energy Forum Baku-2018”in bir hissəsi olmaqdan və çoxlu sayda avropalı nümayəndələrin bu forumda iştirakına yardım etməkdən məmnundur: “Əminəm ki, “Caspian Energy Forum” bütün iştirakçılar üçün yeni biznes əlaqələrin qurulması, mövcud münasibətlərin möhkəmlənməsi və potensial biznes axtarışı üçün meydan rolunu oynayacaq”.
“Caspian Energy Forum Baku-2018”də sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə iştirak edəcək. Forumun proqramı, iştirak və qeydiyyatın şərtləri barədə ətraflı məlumatı http://caspianenergyforum.com/baku2018/index.php/en/ linki vasitəsilə əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB