Dəmir yolunun Müsüslü stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yolunun Müsüslü stansiyasında 10 ədəd yeni yoldəyişən quraşdırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, işlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 196 yoldəyişən yenisi ilə əvəz olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB