Elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısı alınır
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, "Daşkəsən", "Şəmkir" və "Samux" EŞ-lərinin xidməti ərazilərində həyata keçirilmiş məqsədyönlü tədbirlərə baxmayaraq sayğac sxemlərinə müdaxilə halları aşkar edilir və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür. Bu barədə SİA-ya Azərenerjinin mətbuat xidmətindən məlumat verilib.
Daşkəsən EŞ-də cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 93 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 224,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 13,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sözügedən müəssisənin xidməti ərazisində cari ilin oktyabr ayında keçirilən reydlər zamanı aşkar edilən 1 qayda pozuntusuna görə 1,6 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 95 manat istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğ, eyni zamanda ötən aylarda aktlar üzrə yaranan debitor borcun da müəyyən qisminin ödənişi təmin edilib.
Samux EŞ-dən əldə edilən məlumata görə, burada cari ilin oktyabr ayında keçirilən reydlər zamanı 25 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Aktlar üzrə hesabat aparılaraq 174,4 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 10,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 61 faizdən artıq hissəsinin ödənişi təmin edilib.
2010-cu ilin 10 ayı ərzində müəssisə üzrə 301 qayda pozuntusu aşkar edildiyi, 1 milyon 949,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 117 min manata yaxın istehlak dəyərinin bərpa edildiyi bildirilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 72 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Şəmkir EŞ-də isə müəssisənin xidməti ərazisində cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 81 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 565,3 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 33,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Xatırladaq ki, burada cari ilin 10 ayı ərzində keçirilən reydlər zamanı 514 qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 5 milyon 200,5 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 311,4 min manata yaxın istehlak dəyəri bərpa edilib.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB