Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər FOTO

Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər FOTO
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında bəyanatla çıxış etdi. Sonra dövlət başçıları birgə foto çəkdirdilər. Bununla da Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə