Noyabrda Kulevi Neft Terminalı 342 622 ton neft və neft məhsulları qəbul edib

Noyabrda Kulevi Neft Terminalı 342 622 ton neft və neft məhsulları qəbul edib

ARDNŞ-ə məxsus Kulevi Qara Dəniz Terminalı cari ilin noyabr ayı ərzində 342 622 ton neft və neft məhsulları qəbul edib. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay terminal vasitəsi ilə 303 266 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib.

 

Kulevi Qara Dəniz Terminalı yüksək səviyyəli və təhlükəsiz xidmət göstərməklə istehlakçıların etimadını qazanıb. Bu yanaşma terminalın fəaliyyət səmərəliliyinin əsas səbəblərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə