Mərkəzi Bank ilə Dünya Bankı arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Dünya Bankı ilə Birgə İqtisadi Tədqiqatlar Proqramı (BİTP), İkinci Yüksək Səviyyəli Forumun mövzusu və formatı, Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsi planı müzakirə edilib.
Əsəd Alam Azərbaycan Respublikası ilə əlaqələrin səviyyəsindən məmnunluğunu bildirmiş və Azərbaycanda icra edilən proqramların yüksələn xətlə davam etdiyini qeyd edib. O, həmçinin təmsil etdiyi təşkilatın Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yüksək qiymətləndirmiş və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib.
Öz növbəsində, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, BİTP-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin (TİM) potensialının möhkəmləndirilməsində rolunu xüsusi olaraq vurğulayıb.
Görüşdə Mərkəzi Bank ilə Dünya Bankı arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB