Xarici və yerli turistlər “Yaşıl çay”da olublar

Xarici və yerli turistlər “Yaşıl çay”da olublar

Almaniya, Rusiya və ölkəmizdən olan bir qrup turist “Yaşıl çay” fermer təsərrüfatına baş çəkiblər. Lənkəran Turizm Mərkəzinin direktoru İlqar Əzimovun müşayət etdiyi qonaqlar təsərrüfatın çay plantasiyası ilə tanış olublar. Qonaqlara təsərrüfatın yaranma tarixi, onun fəaliyyət istiqamətləri, çayçılığın bərpası üçün görülən işlər və digər sahələr barədə məlumat verilib. Əyani surətdə gördükləri çay kolları turistlərdə xüsusi maraq oyadıb, onlara çayın yığılması, emalı prosesi barədə geniş məlumat verilib.

Sonda çay sahəsi önündə xatirə şəkli çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə