Prezident yolun tikintisinə 11,4 milyon manat ayırıb

Prezident yolun tikintisinə 11,4 milyon manat ayırıb

Prezident İlham Əliyev avqustun 1-də “Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. SİA xəbər verir ki, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə