Nouriel Roubini: “Portuqaliyanın yüksək məbləğdə borcu və zəif inkişafı ölkə iqtisadiyyatını kritik nöqtəyə çatdırıb”
"Portuqaliyanın yüksək məbləğdə borcu və zəif inkişafı ölkə iqtisadiyyatını kritik həddə çatdırıb", ABŞ iqtisadçısı Nouriel Roubini belə deyib. SİA-nın "Diario Economico" qəzetinə istinadən verdiyi məlumata görə, Nouriel Roubini Portuqaliyanın iqtisadi vəziyyətinin pis olduğunu dilə gətirərək ölkəyə xəbərdarlıq edib: "Hazırda Portuqaliyanın maliyyə vəziyyəti olduqca gərgindir. Bununla bağlı ölkə rəhbərliyi qısa vaxt ərzində ciddi tədbirlər görməlidir. Ağır vəziyyətdən yaxa qurtarmağın üsulları tez bir zamanda araşdırılmalıdır".
İqtisadçı bildirib ki, Portuqaliya bu gedişlə beynəlxalq köməyə ehtiyac hiss edəcək: "Bu gedişlə Portuqaliya iqtisadiyyatının dirçəlməsi üçün ciddi şəkildə beynəlxalq köməyə ehtiyac olacaq. Portuqaliyanın yüksək məbləğdə borcu və zəif inkişafı ölkə iqtisadiyyatını kritik nöqtəyə çatdırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB