Türkmənistan beynəlxalq standartlara keçidlə bağlı Azərbaycanıın təcrübəsini öyrənir
Türkmənistan Respublikasının Maliyyə Nazirliyinin idarə rəisi Babacan Çarıyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-27 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasında səfərdə olub. Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, səfər çərçivəsində MN ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHB), habelə Milli Mühasibat Uçotu Standartlarına keçidlə bağlı təcrübə mübadiləsi aparılıb.
Türkmənistan MN-nin əməkdaşları bildirib ki, MDB ölkələri arasında mühasibat uçotu sahəsində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlər daha uğurlu hesab olunduğundan təcrübə mübadiləsi üçün Azərbaycan seçilib.
Qonaqların sözlərinə görə, bu səbəbdən hazırda "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında Türkmənistanın "Mühasibat uçotu haqqında" Qanun layihəsi hazırlanıb və təsdiq olunmaq üçün Türkmənistan Milli Məclisinə təqdim edilib.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Türkmənistan MN-nin nümayəndələrini "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən MHBS-na keçidlə bağlı qəbul edilən qanunvericilik aktları ilə tanış edib. Qeyd edək ki, MHBS və Milli Mühasibat Uçotu Standartlarına keçid prosesi uzunmüddətli və mərhələli olduğundan, Azərbaycan Respublikası MN tərəfindən gələcəkdə bu sahədə Türkmənistan MN ilə əməkdaşlığın davam etdirilməsi və onlara bütün lazımi köməklik göstəriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB