Neftin bahalaşması davam edib

Neftin durmadan deyişən qiyməti bu dəfə də dəyişib. SİA-nın məlumatına görə, Bu dəfə neftin qiyməti gözlənildiyi kimi bahalaşıb. Nyu-York əmtəə birjası NYMEX-də yanvar fyuçerslərinə görə WTI markalı neftin qiyməti bir barelə görə 0,32 dollar artaraq 84,18 dollar olub. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 0,41 dollar artaraq 86,25 dollar təşkil edib.

Qeyd edək ki, avropa ekspertləri daha əvvəlcədən neftin qiymətinin qalxacağını bildirmişdilər. Bu qiymət artımının səbəbini də dolların dəyər itirməsi ilə əlaqədar olacağını bildirmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə