ARDNŞ-nin Baş ofisində Rusiyanın "PSM-İmpex" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırladığı "Geyzer" hidravlik quyuüstü avadanlığının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, sözügedən avadanlıqdan neft hasilatında və neft quyularının işinin operativ qiymətləndirilməsində istifadə olunur.
Qeyd edək ki, bu qurğu üzərində mütəxəssislər qrupu 7 il işləyib. Bu qurğu 2009-cu ildən sənayedə tətbiq olunur. Bu qurğu işləmə "Lukoyl-Perm" və "Orenburqneft" şirkətlərinin yataqlarında təcrübədən keçirilmiş və yüksək nəticə verib.
Təqdimat mərasimində "PSM-İmpex" MMC-nin kommersiya direktoru Rafael Xabirov qurğunun əsas texniki parametrləri haqqında danışaraq bildirib ki, "Geyzer" 16 tona qədər yükgötürmə qabiliyyətinə malikdir: "Qurğu 3 saat ərzində montaj və demontaj oluna bilir. Yancaq dəzgahından fərqli olaraq "Geyzer" qurğusu elektrik enerjisini 30 %-ə qədər az istifadə edir. Bununla yanaşı qurğu məsafədən idarəetmə sisteminə və ən ağır iqlim şəraitində belə işləmə qabiliyyətinə malikdir. Bununla yanaşı, avadanlıq tərtib olunmuş proqram sayəsində neft quyusunun parametrlərinə uyğun avtomatik tənzimlənə bilir. Müasir elektron cihazlar və idarəetmə sistemi ilə təmin olunmuş qurğu Ural mühəndisləri tərəfindən hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB