DANX xüsusi ehtiyat nəqliyyat vasitələrini sərnişin daşınmasına cəlb edib

DANX xüsusi ehtiyat nəqliyyat vasitələrini sərnişin daşınmasına cəlb edib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) xüsusi ehtiyat nəqliyyat vasitələrini sərnişin daşınmasına cəlb edib. SİA xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın hərəkətindəki sıxlığı nəzərə alaraq sərnişinlərin əlavə nəqliyyat vasitələri ilə təmin olunması üçün Bakı Nəqliyyat Agentliyinin işinə dəstək olaraq həm DANX-ın müfəttişləri, həm də xüsusi ehtiyat nəqliyyat vasitələri ərazilərə cəlb edilib. Cəlb olunan əlavə nəqliyyat vasitələri tam ödənişsiz əhaliyə xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə