Vergilər Nazirliyi: “ANS Kommers” və “ANS Press” şirkətlərinin vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə ziddiyyətli məlumat var”
""ANS Kommers" və "ANS Press" şirkətlərinin vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə ziddiyyətli məlumatlar müəyyən edilib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov nazirlik tərəfindən ANS şirkətində yoxlamaların aparılmasına münasibət bildirərkən söyləyib.
O, qeyd edib ki, Vergilər Nazirliyində vergi auditi məqsədilə tətbiq olunan risk modelləri əsasında kənarlaşma ehtimalı aşkar edildiyi üçün noyabr ayının 13-dən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti "ANS Kommers" və "ANS Press" şirkətlərində 2007-ci ilin oktyabrından 2010-cu ilin sentyabr ayına qədər, ANS Müstəqil Yayım və Media Şirkətində isə 2007-ci ilin noyabrından 2010-cu ilin oktyabrınadək olan dövrü əhatə edən səyyar vergi yoxlamasına başlayıb: "Səyyar vergi yoxlamasının həyata keçirilməsi Vergilər Nazirliyinin funksiyalarından biridir və bu yoxlama Vergi Məcəlləsinin müvafiq maddələri əsasında vergi orqanının qərarı ilə aparılır. Bu səbəbdən adıçəkilən şirkətlərdə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərar qəbul olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB