Maliyyə naziri Samir Şərifov AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin yeni direktorunu qəbul edib

Maliyyə naziri Samir Şərifov AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin yeni direktorunu qəbul edib

Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Müdirlər Şurasının Azərbaycan tərəfindən üzvü Samir Şərifov AİB Azərbaycandakı daimi nümayəndəliyinin yeni direktoru Olli Noroyononu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə bankla Azərbaycan arasında hazırkı əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Qonaq bildirmişdir ki, təmsil etdiyi bank Azərbaycanda həm dövlət, həm də özəl sektorda energetika, nəqliyyat, şəhər təsərrüfatı və digər istiqamətləri əhatə edən layihələrin reallaşdırılması istiqamətində fəaliyyət göstərir. Qonaq onu da bildirib ki, AİB-nın enerji və nəqliyyat sahələrində layihələrin kreditləşdirilməsi yönümdə maraqlı olduğunu diqqətə çatdırıb. Bundan əlavə, bank Azərbaycanda 5 regional texniki yardım layihəsi təqdim etməyə hazırdır. O həmçinin onu da qeyd edib ki, AİB-nın Azərbaycandakı nümayəndəliyi ölkə üzrə biznes fəaliyyəti ilə bağlı plan-strategiya hazırlanacaq. AİB ilə Azərbaycan hökuməti arasında əlaqələri yüksək qiymətləndirən Samir Şərifov O.Noroyononun daimi nümayəndəliyə rəhbərliyi dövründə AİB ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu və bu işdə ona lazımi dəstək və yardım göstərəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür. Bank 2010-cu il üçün Azərbaycanda kreditləşdirmə üçün prioritet sahələr kimi nəqliyyat, enerji və su təchizatını müəyyən edib. 2010-cu ilin əvvəlinə bankın kredit portfeli Azərbaycanda 14 layihə üzrə 660,4 milyon dollar təşkil edir. Bundan başqa, əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə 13,122 milyon dollar məbləğində qrant ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə