Dövlət Neft Şirkəti təlimatlandırma kursuna start verib

Dövlət Neft Şirkəti təlimatlandırma kursuna start verib
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin Təlim, Tədris Mərkəzində (TTM) "ISO 16001: 2009 "Enerji İdarəetmə Sistemi" beynəlxalq standartı üzrə Türk Standartları İnstitutundan dəvət olunan mütəxəssis Məmmədəli Dönməzin iştirakı ilə 3 günlük təlimatlandırma kursuna başlanılıb. Bu barədə SİA-ya ARDNŞ-ın mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 24-dək davam edəcək kursda Məmmədəli Dönməz tərəfindən müəssisələrdə enerjinin səmərəli istifadəsi, enerji xərclərinin azaldılması, enerji resurslarının və enerjidən istifadənin məhsuldarlığının artırılması, elektrik təhlükəsizliyinin müəssisələrdə tətbiqi, həmçinin ətraf mühitin qorunması ilə bağlı mühazirələr oxunacaq.

Təlimatlandırma kursunda ARDNŞ-nin 20 struktur təşkilatından 30 nəfər iştirak edir. Sonda dinləyicilərə sertifikatlar veriləcək.

Qeyd edək ki, belə bir kurs respublikamızda ilk dəfə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə