"Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir"
"Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu, öz nəticəsini verməməkdədir". SİA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Sammiti çərçivəsində keçirilən "İqtisadi azadlıq " panelində deyib.
Azərbaycanın beynəlxalq qlobal iqtisadiyyata inteqrasiya üçün çalışdığını deyən nazir müavini söyləyib ki, bu istiqamətdə Azərbaycan çoxtərəfli ticarət sazişlərini imzalamağa çalışır və biznes dairələri üçün lazım olan münbit şərait yaradılır.
S.Məmmədov qeyd edib ki, insan kapitalına önəm verilməsə, iqtisadiyyat inkişaf etməz: " Eləcə də, qaz və enerji təchizatı sahəsini inkişaf etdirə bilməsək, sahibkarlıq da inkişaf etməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB