Yaponiya Parlamentinin vitse-spikeri Azərbaycana gələcək

Yaponiya Parlamentinin vitse-spikeri Azərbaycana gələcək

Yaponiya Parlamentinin iqtisadiyyat, ticarət və sənaye üzrə vitse-spikeri Daisaku Hiraki Azərbaycana gələcək. Daisaku Hiraki mayın 30-31-də Bakıda keçiriləcək Beynəlxalq “Caspian Oil and Gas” konfransında iştirak edəcək. O “Caspian Oil and Gas” konfransının “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasında məruzəçi qismində çıxış edəcək. Plenar sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin və başqalarının məruzələri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə