Bu gün Bakıda “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Bakıda “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdımalar Mərkəzi (SAM) və Trans-Xəzər siyasi platformasının birgə təşkilatçılığı ilə "Xəzər enerjisinin Avropa istiqaməti" mövzusunda dəyirmi masa keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Rumıniyanın Xarici İşlər Nazirliyinin enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayədəsi, səfir Mihnea Konstatinesku, Avropa İttifaqının Azərbaycandakı nümayəndələliyinin rəhbəri, səfir Roland Kobia, "Avropa Təhlükəsizliyi" jurnalının baş redaktoru və Atlantik Şurasının Enerji və Ətraf mühit proqramının direktoru Kevin Rozner, "Shell" kampaniyasının orta Asiya regionu üzrə keçmiş icraçı direktoru Neyl Karmişel, BP şirkətinin Xəzər Qaz Marketinq idarəsinin meneceri Breyn Hanter, Beynəlxalq Enerji Agentliyinin Qlobal Enerji dialoqunun Xəzər-Qara dəniz regionları üzrə rəhbərliyinin proqram meneceri Tim Quld, millət vəkili Asim Molllazadə və digərləri iştirak ediblər.

Dəyirmi masada Azərbaycanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq məsələləri, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əməkdaşlığın möhkəmləndirilməsi və digər məsələlər ətrafında geniş müzakirə aparılıb.

Bundan əlavə tədbirdə "Müdrik əməkdaşlıqda fərasətli investisiyaların zamanı", "Enerji təchizatının təhlükəsizlik yönünün hesablanması: Avropa-Xəzər enerji həlqəsinin necə funksional və etibarlı etmək olar", "Xəzər regionunda enerji təchizatının artımı: mənbələr və istiqamətlər", "Şah Dəniz-2 layihəsinin mövcud durumu və digər mövzularda məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə