Saxta polietilen torbaların satışının qarşısı alınıb

Saxta polietilen torbaların satışının qarşısı alınıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 23 ünvanında Rustam Abdullayevə məxsus mağazada aparılan yoxlama zamanı üzərində Türkiyədə istehsal edildiyi göstərilmiş "Foto", "Qırmızı palas", "Amerika", "Bantik" adlı 48,4 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla əlaqədar, Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan 48,4 kq polietilen torbanın məhv edilməsi barədə sahibkar Rustam Abdullayevə icrası məcburi göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə