Barama sarınması üçün “Yaşıl çay” fermer təsərrüfatı İİR-dan xüsusi tor alıb
İpəkqurdunun bəslənməsi üçün bu il respublikda ilk dəfə olaraq masir kümxana inşa edən “Yaşıl çay” FT MMC-də hazırda barama qurdlarına qayğı ilə qulluq edilir. SİA-nın məlumatına görə, təcrübəli kümçü Həsənağa Əhmədova tapşırılan bu işdə ona təsərrüfatın digər işçiləri də yaxından köməklik göstərirlər. Hazırda təsərrüfatda çay yığımı və digər işlərin qızğın dövrü olmasına baxmayaraq müəssisənin direktoru Araz Yağubov bir an da olsun baram sahəsindən diqqətini ayırmır.
Qeyd edək ki, ilk dəfə barama tutacaq təsərrüfatda bu iş daim nəzarətdə saxlanılır. Kümxana fasiləsiz olaraq tut yarpağı ilə təmin olunur, kümxanada lazımi temperatur və rütubət rejiminin saxlanması üçün tədbirlər görülür. Hazırda 2 yaşda olan ipəkqurdlarının vaxtında yemlənməsi, seyrəldilməsi və yerlərinin təmizlənməsi işləri diqqətlə aparılır.
Bütün işləri vaxtında görən təsərrüfat rəhbəri barama sarınma mərhələsinə də indidən hazırlıq görür. Araz Yağubov deyir ki, hər işi vaxtında və keyfiyyətlə görməyə çalışırıq. Müasir çin texnologiyası əsasında qurulan fəaliyyətimiz böyük təcrüəyə malik Qax Damazlıq İpəkçilik stansiyasının direktoru Əkrəm Fətəliyev və digər şəxslər tərəfindən yüksək qiymət alsa da, bu bizi arxayınlaşdırmır. Gündəlik işlərlərlə yanaşı baramanın sarınma mərhələsinə də indidən hazırlaşırıq. Bu məqsədlə rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Vüsal Cəfərovla İranın Rəşt şəhərində “Avin indastri” şirkətində olduq. Şirkətdən barama sarınması üçün lazımi miqdarda tor almışıq. Yaxın günlərdə həmin tor müəssisəmizə gətiriləcəkdir. Bu torun əsas üstünlüyü baramaya heç bir yad cismin yapışmaması və təhvil verilən baramanın keyfiyyətcə yüksək olmasıdır.
Qeyd edim ki, təsərrüfat bu il 290 qr ipəkqurdu götürüb. Hazırda ipəkqurdlarının bəslənməsi davam edir.
Sərraf talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB