Moskvanın “Daniloviy rınok” TM-in əməkdaşları “Yaşıl çay” FT MMC-də
Mayın 14-də Moskvanın “Daniloviy rınok” Ticarət Mərkəzinin əməkdaşları “Yaşıl çay” FT MMC-yə baş çəkiblər. Qonaqlar müəssisənin çay plantasiyasına, tut bağına və cari ildə ilk dəfə barama istehsal ediləcək müasir kümxanası ilə tanış olublar. Turistlərə təsərrüfat barədə ətraflı məlumat verilib. Bildirilib 2006-cı ildə yaradılan “Yaşıl çay” fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2012-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida”və “Azərbaycan-1” sortlarından ibarət çay plantasiyaları salınıb. Hazırda təsərrüfatın 70 hektara yaxın çay plantasiyası vardır. Məlumat verilib ki, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmir, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edilir, bu səbəbdən də burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən təmizliyi ilə seçilir, hazırda təsərrüfatın emal sexində 16 növdə çay istehsal edilir.
Vurğulanıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Həmçinin hər əkilən hektara görə fermerlərə subsidiyalar verilir, alınan mineral gübrələrə, yanacağa 70 faiz güzəşt tətbiq edilir. “İnvestisiya təşviqi sənədi”nin verilməsi ilə sahibkar bütün vergilərdən azad edilir. Çay haqqında xüsusi dövlət proqramı qəbul edilib.
Daha sonra rusiyalı qonaqlar təsərrüfatın tut plantasiyası və bu il istifadəyə verilən müasir kümxana ilə tanış olublar. Qonaqlar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib yenidən bu gözəl təsərrüfata gələcəklərini söyləyiblər.
Söhbət zamanı aqroturizmin inkişafı baxımından belə gəzintilərin gələcəkdə təsərrüfata böyük xeyir gətirəcəyi xüsusi vurğulanıb.
Qonaqlara təsərrüfatın istehsalı olan çay məhsulu hədiyyə edilib.
Sonda qonaqlarla plantasiya önündə xatirə şəkili çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB