London birjasında Brent markalı neftin 1 bareli 86,34 dollara satılıb

London birjasında Brent markalı neftin 1 bareli 86,34 dollara satılıb
Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,93 dollar və ya 3,3% azalaraq 1 barelə görə 84,88 dollar təşkil edib. SİA-nın məlumatına görə, ötən gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,47 dollar azalıb. Belə ki, həmin markalı neftin qiyməti 86,34 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə