Torpaqların icarəyə verilməsi xüsusiyyətləri müəyyənləşib

Torpaqların icarəyə verilməsi xüsusiyyətləri müəyyənləşib

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Torpaq icarəsi haqqında" qanuna dəyişiklik təklif olunub. Dəyişikliklər haqqında məlumat verən komitənin sədri Eldar İbraimov bildirib ki, qanuna 10-1 maddəsinin əlavə olunması təklif edilir: "Təklifə əsasən, dövlət mülkiyyətində olan bu torpaqları icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstəriləcək. Həmin orqan təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə 10 gün müddətində baxmalıdır.

İmtina üçün əsaslar olmadıqda icarə müqaviləsini bağlamağa razılıq almaq üçün 2 gün müddətində müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana göndərəcək. Bu orqan da 15 gün ərzində torpağın icarəyə verilməsinə razılıq verəcək".

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə