Çinin Azərbaycandan keçməklə Avropaya daşınan yüklərinin həcmi artıb

Çinin Azərbaycandan keçməklə Avropaya daşınan yüklərinin həcmi artıb

2018-ci ilin birinci rübündə "Trans-Xəzər Nəqliyyat Marşrutu" ilə Çindən Avropaya daşınan yüklərin həcmi 5,2 dəfə artıb. Xəbər verilir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının Bakıda keçirilən tədbirində deyib.

O bildirib ki, bu ilin yanvar-mart aylarında "Trans-Xəzər Nəqliyyat Marşrutu" ilə 302 min ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artım deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə