Ötən ay ARDNŞ dövlət büdcəsinə 112 milyon 333 min manat vəsait ödəyib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cari ilin oktyabr ayında dövlət büdcəsinə 112 milyon 333 min manat vəsait ödəyib. Bu barədə SİA-ya Qurumun mətbuat xidmətindən məlumat verilib. Beləliklə, 2010-cu ilin yanvar-oktyabr aylarında büdcəyə 960 milyon 315 min manat ödənib. Bu göstərici 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 135 milyon 866 min manat və ya 116,5 faiz çox olub.
Bundan başqa, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 262 min manat vəsait köçürüb ki, bu da ötən ilin oktyabr ayına nisbətən 3 milyon 147 min manat (138,8 faiz) çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 108 milyon 756 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 920 min manat (115,9 faiz) çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB