1,4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib

1,4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib
Cari ilin oktyabr ayında ölkə enerji sistemində 1,4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2010-cu ilin 10 ayı ərzində enerjisistemdə 15,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə