Azərbaycanın iqtisadi qüdrəti artmaqdadır

Azərbaycanın iqtisadi qüdrəti artmaqdadır

Hər bir ölkə iqtisadi inteqrasiya axınlarına qoşularaq, öz istehsal gücünü, istehsalın səmərəliliyini və nəticədə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışır. Sirr deyil ki, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndiril-mədən ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüş yaratmaq mümkün deyil. Hətta dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şə-kildə təmin edə bilməz. Məhz bu səbəbdən ölkələr öz aralarında beynəlxalq və re-gional səviyyədə iqtisadi əlaqələr yaratmaqda maraqlıdırlar.

Digər suveren ölkələr kimi Azərbaycan da müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlayıb. Bu siyasətin uğurla həyata keçirilməsinə ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi öz müsbət təsirini göstərir. Həmçinin Azərbaycanda müxtəlif mülkiyyət formalarının inkişafı, eyni zamanda iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması kimi amillər milli iqtisadiyatımızın beynəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına çox böyük zəmin yaradır. Hazırda digər ölkələrin hökumətləri ilə hökumətimizin 59 birgə iqtisadi komissiyası fəaliyyət göstərir və həm bu kommisyalar çərçivəsində, həm də digər formatda əməkdaşlıq davam etdirilir.

Ölkəmizin iqtisadi əlaqələr sahəsində geniş imkanlara malik olması günün reallığıdır

Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının ölkə hüdudlarından kənarda təbliğ və təşviq olunması, qeyri-neft sektoru məhsullarının ixracının təşviqi, həmçinin genişləndirilməsi, yeni sərmayə imkanlarının araşdırılması həyata keçirilir. Eyni zamanda Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclasları keçirilir. Hətta işğal edilən ərazilərimizdə belə, qeyri-qanuni istehsal olunan məh-sulların istehsalının və xarici bazarlara çıxışının qarşısının alınması, qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə xüsusi diqqət ayrılır. Məsələn, son il ərzində, yəni təkcə 2017-ci ildə 10 ölkə ilə birgə hökumətlərarası iqtisadi komissiyalarının (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Latviya, Litva, Estoniya, Xorvatiya, Birləş-miş Ərəb Əmirlikləri, Qətər, Tacikistan, Vyetnam və Qazaxıstan) və 1 ölkə (Almaniya) ilə işçi qrupunun iclasları keçirilib.

Azərbaycanın iqtisadi inkişafı beynəlxalq ictimaiyyətin diqqətindən kənar deyil və ölkəmizin iqtisadi əlaqələr sahəsində geniş imkanlara malik olması günün reallığıdır. Hazırda neft ixrac edən ölkə olaraq Azərbaycanın bir sıra dünya ölkələri ilə, eləcə də BP kimi dünyaca məşhur şirkət ilə əlaqələri mövcuddur. Bu əlaqələr sayəsində ölkəmiz neft ixracını həyata keçirir və bu da öz növbəsində büdcə gəlirlərinin artırılmasına öz tövhəsini verir.

Əhəmiyyətli layihələr rifahın yüksəlməsinə, təhlükəsizlik və sabitliyə böyük töhfə verir

Beynəlxalq ekspertlər Azərbaycanın geosiyasi rolunun artmasında enerji və nəqliyyat layihələrinin önəminə böyük diqqət yetirirlər. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" kimi əhəmiyyətli layihələrin reallaşmasının qlobal səviyyədə insanların rifahının yüksəlməsində ciddi rol oynadığı vurğulanır. Daha çox isə bu kimi layihələrin təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyi ifadə edilir. Ölkəmizin həyata keçirdiyi yol infrastrukturu keyfiyyətin reytinq göstəricisinə görə Avropa və MDB dövlətlərinə nümunədir. Son illər bu istiqamətdə reallaşan tədbirlər respublikamızın iqtisadi qüdrətini daha da artırmaqla, təhlükəsizliyin təmin olunmasında və müstəqilliyimizin daha da möhkəmləndirilməsində böyük rol oynamaqdadır.

Dövlət müstəqilliyimizin məhsulu olan “İpək yolu” strategiyası da ölkəmizin iqtisadi əlaqələrinin inkişafı deçəkdir və xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu Ümummilli lider Heydər Əliyevin uzaq görən, uğurlu iqtisadi siyasətinin nəticəsidir. Ağır sosial-iqtisadi vəziyyətin hökm sürdüyü, keçmiş təsərrüfat əlaqələrinin qırıldığı, nəqliyyat-iqtisadi blokadanın davam etdiyi, Avropa və Dünya bazarına çıxışın olmadığı dövrdə, müstəqilliyin ilk illərində Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA layihəsi və ölkə rəhbərliyinin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi, Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü və kompleks tədbirlər sayəsində “Tarixi İpək yolu”nun bərpası reallaşmaqla, geostrateji və geosiyasi əhəmiyyəti daha da artan Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqazın lider dövlətinə çevrildi.

Hazırda Azərbaycanın iqtisadi inkişafını gözü götürməyən qüvvələr daim ölkəmizin uğurlarına kölgə salmağa çalışsalar da, müxtəlif qarayaxma kampaniyalarına əl atsalar da buna nail ola bilməzlər. Çünki, ölkəmiz artıq ötən əsrin sonlarındakı yenicə yaranmış, əlaqələrdən məhrum olmuş, blokadaya alınmış, imkanları məhdudlaşdırılmış dövlət deyil və iqtisadi qüdrəti hamıya bəllidir. O, iqtisadi qüdrəti ki, hələ da durmadan və mütəmadi olaraq artmaqdadır. Azərbaycanın qısa müstəqillik tarixində bir-birinin ardınca bir sıra iri miqyaslı layihələrə, beynəlxalq uğurlara imza atması, zəngin təcrübədən, iqtisadi inkişafdan xəbər verir. Belə layihələrin reallaşdırılması, həmin layihələrdən faydalanan bütün ölkələr arasındakı əməkdaşlığın daha da dərinləşməsinə və Azərbaycanın iqtisadi qüdrətinin artmasına, beləliklə də gələcək inkişafına zəmin yaradır.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə