Şərq-Qərb daşımalarında Azərbaycanın rəqibi kimdir? AÇIQLAMA
“Azərbaycanın Şərq-Qərb dəmir yolunun ciddi rəqibi ortaya çıxıb, baxmayaraq ki, son illər Qafqaz dəhlizində kifayət qədər daşımalarda güzəştlər edilib. Statistikaya əsasən, Çin 2017-ci ildə Qazaxıstan-Rusiya marşrutu üzrə Avropaya 46,1 min konteyner daşıyıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, ancaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının məlumatına əsasən, 2017-ci ildə Bakıdan Qazaxıstan limanlarına 8447 ədəd, Türkmənbaşı limanına isə 6890 ədəd 20 futluq konteyner daşınıb: “Yəni bilinmir ki, Qazaxıstana istiqamət alan konteynerlərdən hansı miqdardakılar Çinə daşınıb. Bu baxımdan hətta hesab etsək ki, yarıdan xeyli çoxu Çinə gedib, o zaman Rusiya marşrutu Qafqaz dəhlizi ilə müqayisədə 7-8 dəfəyədək üstünlüyə malikdir. Düzdür, bizim dəhliz hələ təzə-təzə işə düşür və bir qədər sonra həm imkanları genişlənəcək, həm də ondan istifadə edən daşımaçıların sayı çoxalacaq. Burada Bakı-Tbilisi-Qarsla kommersiya yükdaşımaları da müsbət rol oynayacaq. Ancaq istənilən halda bazarda rəqabət amili var və Rusiya üzərindən Avropaya yükdaşımaların operativliyi öz təsirini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB