Şabranda 26 sahibkara 327 min manat güzəştli kredit verilib

Şabranda 26 sahibkara 327 min manat güzəştli kredit verilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini noyabrın 5-də Şabran rayonunda keçirib. Bazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 250-dən çox sahibkar iştirak edib.

Əvvəlcə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Abşeron rayonundakı "Zəhmət-Ruzi" MMC-nin inşa etdirdiyi tutumu 7 min ton olan müasir soyuducu anbarında, ət və süd məhsullarının emalı kompleksində, Sumqayıt şəhərində "Delta Qrup C.O." MMC-nin inşa etdirdiyi tutumu 4 min ton olan müasir soyuducu anbar kompleksində, Şabran rayonunda "Sultan-O" MMC-nin inşa etdirdiyi illik istehsal gücü 100 min litr şərab olan üzüm emalı və "Azərplast-M" MMC-nin inşa etdirdiyi aylıq istehsal gücü 189 min litr olan spirtli içkilərin istehsalı müəssisələrində aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.

Tədbiri Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açıb. İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Tədbir çərçivəsində sahibkarlar üçün "Güzəştli kreditlərin verilməsi Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Şabran və ətraf rayonlarda fəaliyyət göstərən 26 sahibkarlıq subyektinə 327 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 50 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə