Gürcüstandan 23,2 mln. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edib

Gürcüstandan 23,2 mln. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edib

Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsullarını ən çox idxal edən ölkələr arasında 3-cü yeri tutub.

Bu il Gürcüstandan Azərbaycana 23,2 mln. dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac olunub.

Aprel ayının 1-nə olan məlumatda qeyd olunub ki, Azərbaycanla yanaşı Gürcüstandan kənd təsərrüfatı məhsullarını ən çox idxal etmiş ölkələrin ilk üçlüyünə Rusiya (52,2 mln. dollar) və Avropa Birliyi (42,6 mln. dollar) daxildir.

Bu il Gürcüstan ümumilikdə 207,5 mln. dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2017-ci ilin eyni göstəricisindən 34,7% çoxdur. Qonşu ölkənin əsas ixrac məhsulları təbii üzüm şərabı, mineral və adi sular, spirtli içkilər və qoz-fındıq olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə