"Aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıtdı" AÇIQLAMA

"Aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıtdı" AÇIQLAMA

“Aprel döyüşləri zamanı bir daha Azərbaycan ordusu ermənilərə və bütün dünyaya güclü hərbi qüvvəyə malik olduğunu, ordumuzun fiziki və mənəvi gücünü nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan ordusunun özünə inamını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı: "Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı və bu döyüşdən sonrada özlərini tam şəkildə ifşa etdi. Düşmənlə üz-üzə gələn Azərbaycan ordusu bir daha əmin oldu ki, düşmən deyildiyi qədər güclü və geniş imkanlara malik deyil. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar .

Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycanın təmas xəttində baş verən hadisələrə, eləcə də aprel döyüşlərində Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlar və ordunun daim qüvvətli və güclü olması ölkə başçısının daim diqqət mərkəzindədir: “Azərbaycan uzun illərdir beynəlxalq hüququn normalarına uyğun olaraq münaqişənin sülh yolu ilə, ədalətli həllinə çalışır. Ermənistan tərəfi isə münaqişənin ədalətli həllində konstruktiv mövqe tutmaqdan yayınır, status-kvonun uzadılmasına çalışır və havadarları da ona bu istiqamətdə kömək edirlər. Ancaq onlar bilsinlər ki, Azərbaycan öz əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə