Ötən ay ARDNŞ 11662 metr qazma işləri həyata keçirib

Ötən ay ARDNŞ 11662 metr qazma işləri həyata keçirib
2010-cu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11662 metr qazma işi həyata keçirib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu sahədə görülən işlərin 11155 metri istismara, 507 metri kəşfiyyata aid olub. Həyata keçirilən kəşfiyyat qazmasının 315 metri isə struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-oktyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 117234 metr qazma işi görülüb ki, bunun da 109687 metri istismara, 7547 metri kəşfiyyata (o cümlədən, 1471 metr struktur axtarış qazması) aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə