Bir neçə gündür ki, təcrübəli sahibkar Elşad Yaqubov “Yaşıl çay” fermer təsərrüfatının sifarişi əsasında rayonlaşdırılmış elit çay toxumlarından istifadə etməklə tinglik salmağa başlayıb. Bu məqsədlə qabaqcadan aqrotexniki qaydada hazırlanmış sahələrə peyin daşınıb, toxumun əkilməsi üçün ləklər hazırlanıb. SİA-nın məlumatına görə, Elşad Yaqubovun sözlərinə görə, əvvəlcə tinglik salınacaq 0,5 hektar sahə tam hazırlanıb, yüksək çıxış almaqdan ötrü toxumlar diqqətlə seçilib və əkinə yararlı vəziyyətə gətirilib. Sağlam və standarta uyğun şitil almaqdan ötrü yerli iqlim şəraitinə uyğunlaşdırılmış çay toxumlarına üstünlük verilib. Tingliyin salınmasında təcrübəli çaybecərənlər iştirak edirlər. Elşad Yaqubov bildirib ki, salınan tinglikdən 200 mindən yuxarı çay şitilinin alınması nəzərdə tutulub. “Yaşıl çay” FT MMC-nin sifarişi əsasında yetişdirilən çay şitillərindən yeni çay sahələrinin salınmasında və mövcud sahələrdə seyrəkliyin aradan qaldırılmasında istifadə ediləcəkdir.
Əlavə edək ki, çay tingçiliyi ilə yanaşı, bu il Elşad Yaqubovun təsərrüfatında ilk dəfə sitrus ağacları yetişdirməkdən ötrü tinglik salınacaq. Bu məqsədlə Türkiyədən çalaqaltı yetişdirmək üçün toxumlar gətirilib və 0,2 ha sahədə əkiləcəkdir. Bununla da “Yaşıl çay” FT MMC çayçılıqda olduğu kimi sitrusçuluğun inkişafında da daha az məsrəflə yerli şəraitə uyğunlaşdırılmış sitrus tingləri əldə edəcəkdir. Qeyd edək ki, 2017-ci ildə “Yaşıl çay” fermer təsərrüfatı ilk dəfə 5 hektardan yuxarı sahədə sitrus bağları salıb.
Hazırda tinglik təsərrüfatında işlər yekunlaşmaq üzrədir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB