"Azərbaycan mətbuatı müstəqil və peşəkar mətbuatdır. Bu gün Azərbaycan mediası peşəkar olmaqla yanaşı, milli maraqlardan çıxış edir. Yarandığı gündən indiyədək mətbuatımız məşəqqətli, mürəkkəb dövr keçib. Sabah qurultayın növbəti iclasında mətbuatın bir çox məsələləri müzakirə olunacaq". Bu sözləri SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, mətbuatın dinamik fəaliyyət göstərməsi üçün, çox güman ki, səlahiyyətlərin artırılmasına ehtiyac var: "Onlayın medianın maliyyələşdirilməsi ilə bağlı dəstək verilməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Mətbuatın qurultayı ilk növbədə böyük bir hadisədir gözləntilərimiz isə çoxdur".
Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB