"Azərbaycandakı inkişaf və siyasi sabitlik ölkəmizi daha cəlbedici edir" AÇIQLAMA

"Azərbaycandakı inkişaf və siyasi sabitlik ölkəmizi daha cəlbedici edir" AÇIQLAMA

“Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. Bəzi ölkələrin 100 illərlə əldə edə bilmədiyi uğurlar və inkişaf yolunu Azərbaycan 15 il ərzində qət edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bu yol ölkəmizin həm sosial sferasınını, həm də iqtisadi məkanını əhatə etməklə yanaşı ölkəmiz dünyada böyük nüfuz sahibinə çevrilməklə bütövlükdə dünya arenasında müstəqil və güclü Azərbaycan dövləti kimi formalaşmasına imkan yaradıb: “Sosial sahədə bəzi göstəricilərin son 15 ilin dinamikasına diqqət yetirsək ümumi inkişafımız haqqında təsəvvür yarada bilərik. Son 15 ildə Azərbaycanda 3100-dən çox məktəb, 650-ə yaxın tibb ocağı, 43 olimpiya kompleksi, 12300 km müasir asfalt örtüklü yollar, 443 körpü tikilib istifadəyə verilib. Əgər 2004-cü ildə ölkə əhalisinin 51% qazlaşmışdısa artıq bu 93%-ə çatıbdır. Fasiləsiz içməli su təminatı 24% idisə artıq bu 67% təkil edir.Azərbaycan elektrik enerji istehlak edən ölkədən ixrac edən ölkəyə çevrilibdir. Son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yerləri yaradılmış, işsizlik 5%-ə, yoxsulluq isə 50%-dən 5,4% -ə düşmüşdür ki, bu da inkişaf etmiş ölkələrin göstəriciləri ilə eynidir.

İqtisadi sahədə isə iqtisadiyyatimiz 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfat 1,7 dəfə, qeyri-neft ixrac isə 4,1 dəfə artıbdır. Azərbaycan iqtisadiyyatına 231mlrd dollar investisya qoyulmuşdur ki, bunun da 93%-i məhz son 15 ilə düşür. Ölkəmizin valyuta ehtiyatları 1,5 mlrd dollardan 45 mlrd dollara qalxmışdır. Dövlət hesabına sahibkarlara 2 mlrd manat güzəştli kreditlər verilmişdir. Azərbaycan son illərdə kosmik fəzaya malik dünyanın çox az ölkələrindən birinə çevrilib və qitələri birləşdirən, dünya üçün böyük əhəmiyyət daşıyan qlobal layihələrə imza atıb. BTC, BTƏ, BTQ, TAP və TANAP layihələri dünyanın enerji və nəqliyyat xəritəsində dəyişikliklər edibdir. Qeyd etdiyim sosial –iqtisadi göstəricilər Azərbaycanın beynəlxalq imicini də artırııb və Davos iqtisadi forumunda Azərbaycanın 35-ci yerdə olması , DİF-un inklüziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələri arasında ölkəmizin 3 yerdə sıralanması dünya iqtisadiyyatının Azərbaycana pozitiv baxışını artırıb. Bu gün Azərbaycan sözün əsl mənasında iqtisadi cəhətdən tam müstəqildir və bu da siyasi müstəqilliyimizi gücləndirir. Dünyanın inkişaf etmiş ölkələri Azərbaycanın mövqeyi ilə hesablaşırlar və Cənubi Qafqaz regionunda ölkəmizlə razılaşdırılmadan heç bir regional layihəyə imza atamaq mümkün deyildir. Azərbaycanın iqtisadi inkişafını, mədəniyyətini dünyada tanıdılması məqsədi ilə ölkəmiz bir çox beynəlxalq sərgilərdə, forumlarda iştirak edir və bu da bizim dostlarımızın sayını artırır. Məhz ölkəmizin inkişafı, siyasi sabitliyi və xalqla iqtidar arasındakı mökəm birlik Azərbaycanı daha güclü və cəlbedici edir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə