Külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilib

Külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilib

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Şərab evi” adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub. SİA-nın məlumatına görə, baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən dərhal zəruri əməliyyat tədbirləri keçirilib. Nəticədə həmin ticarət obyektinə keçirilmiş baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Rəhman Nəriman oğluna məxsus müvafiq aksiz markaları ilə markalanmamış külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə