Bölgələrdə istifadə edilən elektrik enerjisinin ödənişlərində artım müşahidə olunub."Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xırdalan paylayıcı elektrik şəbəkəsində cari ilin sentyabr ayında müəssisə üzrə 19,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin 1,1 milyon manata yaxını və ya 95 faizə yaxın hissəsi ödənilib. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödəniş təxminən eyni olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 5,2 milyon kilovatsaatdan çox, ödəniş isə ötən ayların debitor borcu nəzərə alınmaqla 123 faizə yaxın olub. Bu da ötən ilin eyni dövründəki göstəricidən mütləq 14 faizə yaxın çoxdur.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində burada 193,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödəniş isə 86 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 67,1 milyon kilovatsaata yaxın olub. Bu da ötən ilin eyni dövründəki istehlakdan 13,7 milyon kilovatsaat azdır. Ödəniş isə 95 faiz olaraq hesablanıb. Şamaxı paylayıcı elektrik şəbəkəsində isə cari ilin sentyabr ayında müəssisənin xidmət ərazisində 3,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 97 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 3,8 milyon kilovatsaata yaxın və 82 faizdən artıq olub. Nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 228 min kilovatsaata yaxın azalıb. Ödəniş isə 11 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin eyni dövründəki istehlakdan 359 min kilovatsaat azalaraq 2,1 milyon kilovatsaata yaxın, ödəniş isə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə mütləq 5,2 faiz artaraq, ötən ayların debitor borcu da nəzərə alınmaqla 100,4 faiz olub.
Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə 35,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ödəniş isə 89 faizə yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 3,4 faiz artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 21,7 milyon kilovatsaata yaxın, ödəniş isə 88 faizə yaxın olaraq hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB