Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
““Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 01 nömrəli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə Bakıdan 15 fevral, Köçərlidən isə 16 fevral tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır”, - deyə məlumatda qeyd olunub.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB