Bakı əhalisinə 5394 milyon manatlıqdan çox ödənişli xidmət göstərilib

Bakı əhalisinə 5394 milyon manatlıqdan çox ödənişli xidmət göstərilib

2017-ci ildə Bakı şəhərinin əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı illə müqayisədə 0,7 faiz artaraq 5394,3 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən SİA-ya verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3006,9 milyon manat dəyərində xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 55,7 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə