Dollar mart, avqust və dekabr ayları bahalaşa bilər AÇIQLAMA
“Mərkəzi Bankda xarici şoklar baş verməzsə 2018-ci il manatın məzənnəsini qoruyub saxlayacaq. Bir sözlə, manatın məzənnəsinin dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank dollara olan tələbi qarşılamaqla manatın məzənnəsini qoruyub saxlaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank üçün mart avqust və dekabr ayları çətin ola bilər: "Belə ki, dekabr və avqust ayları dollara olan tələbin yüksəldiyi aylardır. Mərkəzi Bank dollar tələbinin yüksəldiyi aylarda tələbi ödəməyə çalışmalıdır ki, manatın məzənnəsini qoruyub saxlaya bilsin".
Vüqar Bayramov qeyd edib ki, burada vacib məqamlardan biri neftin dünya bazar qiymətidir: “Çünki neftin dünya bazarı qiyməti Azərbaycan üçün vacibdir və Azərbaycan dövlətinin əsas gəlirlərinin bir hissəsi neft sektorunun payına düşür. Neftin dünya bazarlarında qiymətinin mövcud səviyyəsi təbii balansı qoruyub saxlamaq imkanı verir və bu da manatın məzənnəsini qoruyub saxlamağa kömək edir. Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir. Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar. Əvvəllər də, qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi. Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır. Bir sıra OPEC ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir. Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər. Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB