"Sahibkarlıq subyektləri tərəfındən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna 12 təklif daxil olub"
"İntensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfındən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna 12 təklif daxil olub". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev deyib.
O qeyd edib ki, investisiya layihələrinin ən azı 30%-i sahibkarların vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir: "Sabahdan etibarən bu layihələr ətrafinda ilkin monitorinq keçirilməsi nəzərdə tutulur. Daha sonra isə maliyyələşdiriləcək layihələr elan olunacaq. Ümumilikdə layihələrin dəyəri 18,3 milyon manat, güzəştli kreditə olan təlabat isə 8,2 milyon manatdır. Onu da qeyd edək ki, əsasən intensiv bağçılığa xüsusi diqqət yetiriləcəkdir. Daha çox keyfiyyətli məhsul almaq üçün bu vacib faktorlardan biridir. Çünki bazarın daha çox keyfiyyətli məhsula ehtiyacı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB