Satışdan daha 300 kq yararsız ərzaq malları çıxarıldı

Satışdan daha 300 kq yararsız ərzaq malları çıxarıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Səbail rayonunda 

Q.Abbasov küçəsi, 36 ünvanında yerləşən "Teymur market"də; 

Ə.Yaqubov küçəsi, 6 ünvanındakı "Universal market"də;

Yasamal rayonunda 

H.Cavid prospekti, 558-ci məhəllə, ev 30, mənzil 13 ünvanında Nabat Şirinovaya məxsus mağazada; 

Ə.Əhmədov küçəsi, ev 38C ünvanında Məhəmməd Bəşirova məxsus mağazada; 

Ş.Qurbanov küçəsi, ev 19 ünvanında yerləşən "Life market"də;

Sabunçu rayonunda 

Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, 4090/94-cü məhəllədə Siddiqə Seyidovaya məxsus mağazada; 

Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 1 ünvanında yerləşən "Can market"də; 

Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə Fətəliyev küçəsinin kəsişməsindəki "Park market"də; 

Zabrat qəsəbəsi, 1 May küçəsində yerləşən "Səma market"də; 

Balaxanı qəsəbəsi, Şəhər şossesi, ev 1ünvanında yerləşən "Qaqo market"də;

Gəncə şəhərində 

Cavadxan küçəsi, 112 ünvanında Gəncəli Həsənova məxsus mağazada;

Lənkəran şəhərində 

Liman qəsəbəsində Şakir Məmmədova məxsus mağazada;

Şabran şəhərində 

H.Əliyev prospektində Təbriz Mirzəyevə məxsus mağazada;

Samux rayonunda 

İnstitut qəsəbəsində Şöhrət Cəfərova məxsus mağazada;

ümumi çəkisi 300 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə