Hesablama Palatası hesabat verəcək

Hesablama Palatası Milli Məclisə hesabat verəcək.

SİA-nın verdiyi məlumata görə, parlamentin fevralın13-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatı dinləniləcək. Hesabatı palatanın sədri Vüqar Gülməmmədov edəcək.

Bundan əlavə Milli Məclisin yaz sessiyası ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) də parlamentə hesabat verəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə