Göygöl rayonunda telekommunikasiya infrastrukturu yenidən qurulur

Göygöl rayonunda telekommunikasiya infrastrukturu yenidən qurulur

Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda telekommunikasiya infrastrukturunun ən son texnologiyalar əsasında yenidən qurulması işlərini davam etdirir. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi üçün şəbəkənin moderinləşdirilməsi istiqamətində lazımı işlər görülür.

Mərkəzi və kənd Elektron ATS-rin xətt şəbəkəsi texniki normaya gətirilir, köhnə avadanlıqlar istismardan çıxarılaraq yenilənir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı” Dövlət proqramı layihəsinə uyğun olaraq Göygöl rayonunda da əhalinin telefona və genişzolaqlı surətli internet xidmətlərinə olan əlavə tələbatlarını ödəmək məqsədi ilə bir sıra işlər aparılıb. Kənd EATS-lərinin xidməti ərazilərində xətt şəbəkəsində genişləndirmə aparılaraq, abunəçilərə telefon və internet xəttinin çəkilməsi təmin edilir.

Rayonun Pənallahılar kəndində 3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılaraq, ərazidə 65 ədəd telefon çəkilişi aparılıb. Kənd EATS-lərinin xidməti ərazilərində xətt şəbəkəsində genişləndirmə aparılaraq, abunəçilərə telefon və internet xəttninin çəkilməsi təmin edilir. Rayonun Pənahlar kəndində 3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılaraq, ərazidə 65 ədəd telefon çəkilişi aparılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Toğanalı kəndində və Göygöl rayonu Dirçəliş küçəsində də analoji işlər aparılaraq telefonu olmayan vətəndaşların mənzillərinə telefon çəkilişi təmin edilib. Estetik görkəmi yaxşılaşdırmaq məqsədi ilə Aşıqlı kənddaxili yol keçidlərində havadan keçən rabitə sistemlərinin bir hissəsinin yeraltı qurğular tikilməklə köçürülməsi başa çatdırılıb.

Azərbaycanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa Çempionatının qrup oyunlarının Göygöl Olimpia İdman Kompleksində keçirilməsi üçün rabitə-internet şəbəkəsinin yaradılması məqsədi ilə 285 metr qazıntı işləri aparılmış, 285 metr 100 mm lik politilen boru torpağa qoyulmaqla və 6 ədəd rabitə quyusu tikilməklə yeraltı rabitə xətt qurğuları ilə 585 metr optik kabel tikilərək istismara verilib. 2017-ci il ərzində telefon abunəçilərinin genişzolaqlı internet xidmətlərinə olan əlavə tələbatlarının ödənilməsi məqsədi ilə rayonun Pənahlar, Hacıməlik, Mollacəlilli, Qırıxlı, Üçtəpə, Çaykənd, Şəhriyar, Qızılca kəndlərində yeni internet avadanlıqları qurulmaqla internet port tutumu 6,6 fazi artıb. 2017-ci il ərzində 284 ədəd yeni telefon çəkilişi aparılıb.

Rayonun 37 yaşayış məntəqəsində əhali təşkilatlarda genişzolaqlı surətli internet xidməti göstərilir. 2017 ci il ərzində Göygöl Mərkəzi EATS-dən Şəhriyar, Zurnabad, Topalhəsənli kəndlərinə gedən hava rabitə xətlərində 6 km məsafədə və Xanlar qəsəbəsində gedən hava rabitə xətlərində, Aşıqlı,Yeni Zod kənd ərazisində kənddaxili hava rabitə xətlərində 5,5 km məsafədə təmir-profilaktika işləri aparılmaqla yol kənarı xəttləri tam texniki normaya gətirilib. Gələcəkdə də Göygöl Telekommunikasiya Qovşağı tərəfindən genişzolaqlı internet xidmətlərinin təşkili və telefon xəttlərinin çəkilişi istiqamətində işlər davam etdiriləcək.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə