Qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri yaradılacaq
"Qida Təhlükəsizliyi Agentliyi bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarətini həyata keçirəcək ".
SİA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, agentlik qida təhlükəsizliyi sahəsində risklərin idarə olunması, hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması istiqamətində fəaliyyət göstərəcək. Təftiş və yoxlamaların həyata keçirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq. Bu yoxlama və təftiş sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək. Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri yaradılacaq. Agentliyin həm Bakıda, həm regionlarda bölmələri fəaliyyətə başlayacaq. Əməkdaşlarımız qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq normaları, beynəlxalq standartları təşviq və təbliğ edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB