Bu ərazidə su olmayacaq

Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar, yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə