Ödənişlərdə yüksək səviyyədə nəticələr əldə edilib

Ödənişlərdə yüksək səviyyədə nəticələr əldə edilib

"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, Göygöl paylayıcı elektrik şəbəkəsində cari ilin sentyabr ayında müəssisənin xidmət ərazisində 5,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 108 faizə yaxın olub. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 1,5 milyon kilovatsaatdan artıq olub. Bu da ötən ilin eyni dövründəki istehlakdan 18,4 min kilovatsaat azdır. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 99,8 faiz olaraq qeydə alınıb. Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində 54,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 78 faizə yaxın olub. Nəticədə etibarı ilə ümumi ödənişdə 5 faiz artım müşahidə edilib.

Qazax paylayıcı elektrik şəbəkəsində isə cari ilin sentyabr ayında ümumilikdə 4,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Hesabat dövründə ümumi ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 124 faizdən, ötən ilin müvafiq dövründə isə bu göstərici 107 faizdən artıq olmuşdur. Nəticədə etibarı ilə ödənişdə mütləq artım 24 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda 2,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 102 faizə yaxın olub. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə artım 9 faizdən artıq olaraq hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə