Narkotik vasitə aşkarlanıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən SİA- ya verilən məlumata görə, yoxlama zamanı, həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib.

Nəticədə, həmin şəxsin düz bağırsağında 1 bükümdə, xalis çəkisi 4,424 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə